Cocuq Mərcanlıda mina tapılıb

Cocuq Mərcanlıda mina tapılıb
  12 Aprel 2017    Oxunub:1024
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə gündəlik hesabatını açıqlayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, gün ərzində 2 512 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 55 401 kv.m ərazi (3 549 kv.m əllə, 16 100 kv.m mexaniki üsulla və 35 752 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   mina  





Xəbər lenti